Akademik Milli Dram Teatrında “Məlikməmməd” tamaşası nümayiş olunacaq

Akademik Milli Dram Teatrında “Məlikməmməd” tamaşası nümayiş olunacaq
29 dekabr 2022
# 18:50

Yeni il bayramı günlərində Akademik Milli Dram Teatrında azyaşlı tamaşaçılar üçün “Məlikməmməd” adlı uşaq tamaşası və şənlik təqdim olunacaq.

Kulis.az x'b'r verir ki, eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır.

Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova və Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Şəhla İsmayılova, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov, Məhsəti Tahirzadə iştirak edəcəklər.

Tamaşanın qəhrəmanı - şahın kiçik oğlu Məlikməmməd öz atasını cavanlaşdırmaq üçün bir çox çətinliklərdən keçir. O, şər qüvvə olan ağ divə qalib gəlir, sehrli almanı atasının hüzuruna gətirir. Bunun əvəzində şah öz oğlu Məlikməmmədə padşahlığı hədiyyə etmək istəyir. Lakin qəhrəman başqa məmləkətlərdə, qaranlıq dünyalarda olan insanları divlərdən xilas etmək üçün təhlükəli səfərə yollanır.

Yeni il şənliyi yanvarın 5-dək davam edəcək. Səhnə əsəri müvafiq olaraq 11:00, 13:00, 15:00, 17:00-da oynanılacaq. Biletlərin qiyməti 9 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər