Afaq Bəşirqızı: "Axı aktyorların da ehtiyacı var"

Afaq Bəşirqızı:  "Axı aktyorların da ehtiyacı var"
3 iyul 2023
# 13:50

Xalq artisti Afaq Bəşirqızı hazırda çəkilən filmləri tənqid edib.

Kulis.az xəbər verir ki, "Maqazin plus"a açıqlama verən aktrisa bunda rejissorları günahlandırıb.

O bildirib ki, rejissorlar tamahkarlıq edir:

"Filmlərin zəifliyinə səbəb rejissorların tamahkarlığıdır. Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəyəm, ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır".

A.Bəşirqızı əlavə edib ki, aktyorlara yaxşı qonorar verilmədiyi üçün onlar başqa yollara əl atırlar:

"Biz elə dövrdə yaşamışıq ki, vicdanlı, istedadlı adamların əlinə düşmüşük: kinorejissorların, teatr rejissorlarının. Bilmişik ki, işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara nə sanbalı, nə adını saxlamağa imkan verirlər. Axı bu aktyorların da uşaqlarının, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, niyə çəkdiyim film uğurlu olmadı? Bütün bunların hamısına səbəb haramdır. Haram işdə heç vaxt bərəkət olmur".

# 3339 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər