ADRA-dan yeni kampaniya: “Dilimizi qoruyaq, sevək və yaşadaq!”

ADRA-dan yeni kampaniya: “Dilimizi qoruyaq, sevək və yaşadaq!”
21 aprel 2026
# 14:20

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən dövlət dilinin qorunması və təşviqi istiqamətində növbəti maarifləndirmə kampaniyasına start verilib.

Kulis.az xəbər verir ki, kampaniya çərçivəsində açıq məkanda yerləşən reklam qurğularında “Dilimizi qoruyaq, sevək və yaşadaq!” şüarı ilə sosial reklamların yayımına başlanılıb.

“Layihənin əsas məqsədi ictimai diqqəti ana dilinin düzgün istifadəsinə yönəltmək, xüsusilə reklam və kommersiya məzmunlarında dövlət dilinin norma və qaydalarına əməl olunmasını təşviq etməkdir. Yeni nəsil reklam qurğularında yayımlanan vizuallar vasitəsilə həm sahibkarlara, həm də geniş ictimaiyyətə çağırış edilir ki, Azərbaycan dilinin zənginliyi qorunsun və gündəlik istifadədə düzgün tətbiq olunsun”,-deyə məlumatda bildirilir.

Qeyd edilib ki, bu təşəbbüs təkcə açıq məkandakı reklamlar ilə məhdudlaşmır. Agentlik tərəfindən sosial media platformalarında da eyni mövzuda kampaniya aparılır, həmçinin sahibkarlıq subyektlərinə yönəlik maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, açıq məkanda reklamı olan sahibkarlara SMS vasitəsilə informativ məlumatlar göndərilir, dövlət dilinin reklam mətnlərində düzgün istifadəsi ilə bağlı tövsiyələr verilir.

Maarifləndirmə kampaniyaları mərhələli şəkildə davam etdiriləcək. Gələcəkdə həm ənənəvi, həm də rəqəmsal platformalarda yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə cəmiyyətdə dilə həssas yanaşmanı gücləndirmək və dövlət dilinin bütün sahələrdə üstün mövqeyini təmin etməkdir.

# 960 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər