Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

Adil Kərimli Xuraman Qasımova ilə görüşdü
26 fevral 2026
# 13:40

Mədəniyyət naziri Adil Kərimli görkəmli opera müğənnisi, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Xuraman Qasımova ilə görüşüb.

Kulis.az xəbər verir ki, söhbət zamanı Mədəniyyət Nazirliyi tərəfindən incəsənət təhsilinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən islahatlardan bəhs olunub.

Xalq artisti Xuraman Qasımova incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd edib ki, incəsənət təhsilinin inkişafı bilavasitə peşəkar müəllim amilinə bağlıdır:

"Təəssüf ki, indiyədək bu sahədə fəaliyyət göstərən müəllimlərin peşəkarlığının ölçülməsi həyata keçirilməyib. Bu addım geciksə də, artıq prosesə başlanılması bizləri məmnun etdi. Uzun illər incəsənət təhsili sahəsində fəaliyyət göstərən insan kimi deyə bilərəm ki, aparılan bu islahatlar yaxın gələcəkdə öz bəhrəsini mütləq verəcək".

Xalq artisti mədəniyyət sahəsinin müasir çağırışlara uyğun inkişafı məqsədilə atılan addımları məmnuniyyətlə qarşıladıqlarını bildirib, bu istiqamətdə öz bilik və təcrübəsini hər zaman bölüşməyə hazır olduğunu vurğulayıb.

Görüşdə ölkəmizdə incəsənət sahəsinin ümumi inkişaf məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

# 1708 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər