“Açar” filmi beynəlxalq platformalarda

“Açar” filmi beynəlxalq platformalarda
31 oktyabr 2024
# 12:21

Azərbaycanın “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi “Açar” qısametrajlı bədii filmi dünyanın məşhur internet və kabel televiziyalarında nümayiş olunur.

Kulis.az xəbər verir ki, “Açar” filminin yayım hüquqları "Oscar" və "Emmi" mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-ın "7 Palms Entertainment" distribütor şirkətinə məxsusdur. İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribüsiyası həyata keçirilərək “Bolt+”, “rlaxx TV”, “VlDAA SA” və “Weyyak TV” onlayn televiziyalarına filmin yayımı ilə əlaqədar lisenziyalar verilib. Hazırda “Amazon”, “Fature Today”, “Tubi”, “Kino Polska”, “Cineverse”, “DirecTV”, “Google Play”, “Sky”, “YouTube Movies and TV”, “Canal+”, “OTT Studio”, “Stash TV”, “Plex” və s. qırxa yaxın beynəlxalq platforma ilə danışıqlar davam etdirilir.

Premyerası Niderlandda baş tutan “Açar” filmi İngiltərə, Fransa, İsveç, Makedoniya, Rumıniya, İtaliya, Bolqarıstan, Türkiyə və Hindistanda beynəlxalq film festivallarında ölkəmizi təmsil edib.

Film Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 30 ilə yaxın qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Ərşadoğlu, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər