"Abşeron yarımadamı" təqdim edildi - Fotolar

"Abşeron yarımadamı" təqdim edildi - Fotolar
26 iyun 2022
# 12:30

İyunun 25-də şair, esseist Ramil Əhmədin yeni kitabının təqdimat və imza günü keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın aparıcılığı ilə baş tutub. Tədbirdə ilk olaraq professor, filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edib. O qeyd edib ki, Ramil Əhmədin şeirlərində səs-küy azdır, müəllifin pıçıltısı eşidilir. Professor əlavə edib ki, Ramil Əhməd ən adi detalları ustalıqla bədii tapıntıya çevirməyi bacarır.

Daha sonra söz kitabın redaktoru, şair Aqşin Yeniseyə verilib. Aqşin Yenisey "Abşeron yarımadamı"nın son dövrlərdə rastlaşdığı ən maraqlı poetik toplu olduğunu vurğulayıb. Onun sözlərinə görə, müəllif bu kitabla Azərbaycan poeziyasında yeni cığır açıb və oxucuları poeziyayla doğmalaşdırıb.

Daha sonra şair Fərid Hüseyn, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlı və digər tədbir iştirakçıları çıxış ediblər.

Eyni zamanda "Parlaq İmzalar" nəşriyyatının direktoru Nurman Tariq və "LIBRAFF" kitab mağazasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sərxan Rüstəmov müəllifə müxtəlif hədiyyələr təqdim ediblər.

Sonra Ramil Əhməd "Abşeron yarımadamı" kitabından bir neçə şeirini səsləndirib.

Tədbirin sonunda müəllif yeni kitabını oxucular üçün imzalayıb.

Qeyd edək ki, "Abşeron yarımadamı" adlı kitabda Ramil Əhmədin son illərdə qələmə aldığı şeirlər toplanıb.

"Parlaq İmzalar" nəşriyyatında işıq üzü görən kitabın redaktoru Aqşin Yeniseydir. Cilddəki rəsm Anar Hüseynzadəyə məxsusdur.


# 3526 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər