ABŞ-ın Milli Kitab Mükafatının qalibləri bəlli oldu

“Cəhənnəm kitabı”

“Cəhənnəm kitabı”

18 noyabr 2021
# 19:00

ABŞ Milli Kitab Mükafatının 72-ci mövsümünün beş nominasiyası üzrə qalibləri məlum olub.

APA-nın mükafatın rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas nominasiya olan “Bədii ədəbiyyat” üzrə qalib “Cəhənnəm kitabı” romanının müəllifi Ceyson Mott olub.

Əsər ən çox satılan kitabını tanıtmaq üçün Amerikada təbliğat turuna çıxan qaradərili yazıçıdan bəhs edir.

"Non-fikşn" nominasiyasının qalibi Tiya Maylzın "Onun özüylə daşıdığı hər şey: Eşlinin çuvalının səyahəti, qaraqərili ailənin xatirəsi" əsəridir.

Poeziya üzrə Martin Espadadır "Avaralar" adlı seçmə şeirlər kitabı qalib gəlib.

"Bədii tərcümə" nominasiyasında 2016-cı ildə fransız dilində nəşr olunan “Sokçoda qış” kitabı ilə Elisa Şua Dusapin və onun ingilis dilinə tərcüməçisi Anisa Abbas Hiqqins fərqləniblər.

“Yeniyetmələr üçün ədəbiyyat” nominasiyasında “Teleqraf klubunda son gecə” kitabı ilə Malinda Lo qazanıb.

Qeyd edək ki, hər il noyabr ayında keçirilən Milli Kitab Mükafatı Amerika Birləşmiş Ştatlarında ədəbiyyat üzrə illik təqdim olunan mükafatlar toplusudur. Mükafat 1936-cı ildə Amerika Kitabsatıcıları Assosiasiyası tərəfindən tərtib olunub.

# 2938 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər