ABŞ-da gənc azərbaycanlı rəssamların sərgisi keçirildi

ABŞ-da gənc azərbaycanlı rəssamların sərgisi keçirildi
17 dekabr 2022
# 11:08

ABŞ-ın Florida ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 21-dək ziyarətçilər üçün açıq olacaq. Sərgi Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsmilərin iştirakı ilə keçirilib.

Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs edib, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib. O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qonaqları təbrik edib və bu günün elan olunmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb.

Daha sonra çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, rəsm əsərləri və mərkəzin fəaliyyəti barədə məlumat verib. Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğu diqqətə çatdırılıb.

Sonda rəssamlara sertifikatlar təqdim olunub.

# 2511 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər