Abdulla Şaiqin 145 illiyi Azərbaycan Yazıçılar Birliyində qeyd edildi

Abdulla Şaiqin 145 illiyi Azərbaycan Yazıçılar Birliyində qeyd edildi
30 aprel 2026
# 11:30

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir olub.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil və digərləri yazıçının çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən - ədəbiyyatşünas alim kimi fəaliyyətindən bəhs ediblər.

Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər xanım Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Tədbir bədii hissə ilə davam edib.

# 1036 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər