Yeni internet kanalı fəaliyyətə başladı - Video

Yeni internet kanalı fəaliyyətə başladı - Video
13 aprel 2020
# 19:09

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı sosial sifarişi əsasında, bu qəbildən olan şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədilə “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən video portal (www.surdotv.az) yaradılmışdır.

Müxtəlif maraqlı veriliş və proqramların, milli və xarici kinoların, məlumatlandırıcı və əyləncəli video materialların surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilməsi nəticə etibarı ilə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin internet üzərindən video məlumat almasına imkan yaradacaq, eyni zamanda televiziya kanallarında verilən proqramların surdo-tərcümə edilərək SURDO TV internet kanalında yerləşdirilməsi həmin kateqoriyalı şəxslərin daha dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradacaqdır.

Hazırda bu sayda 70-dən çox film (bundan 11 qısa metraj filmlərdi), 7 cizgi filmi yerləşdirilmişdir. Dəyərli izləyicilərin təklifləri də nəzərə alınmaqla məlumatlandırıcı və əyləncəli video materialların müvafiq formatda hazırlanaraq sayta yenilənməsi təmin ediləcəkdir. Buna görə əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bu haqda bizə məlumat verməyiniz olunur.

Ümidvarıq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunmuş hazırkı xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar evdə qalaraq özünütəcrid şəraitində yaşamağa məcbur olan eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin, eləcə də digər insanların asüdə vaxtlarının səmərəli keçməsi, habelə koronavirusdan qorunma üsulları barədə maariflənmələrində www.surdotv.az video portalı çox faydalı olacaqdır. /mucru.art/

# 3611 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər