Yazıçımızın kitabı İsveç dilində

Yazıçımızın kitabı İsveç dilində
13 mart 2020
# 15:51

Azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzun yol” adlı kitabı İsveç dilində işıq üzü görüb.

Səadət Kərimlinin tərcümə etdiyi kitab İsveçin “Ulf Diskion” nəşriyyatı tərəfindən çap edilib. Əsərdə ötən əsrin 60-cı illərində yaşayan azərbaycanlı gənc qadının həyatından bəhs edir. İstəmədən sovet xüsusi xidmət orqanlarının agentinə çevrilən gənc xanım SSRİ-nin Qahirədəki səfirliyində diplomatik xidmətə yollanır. Burada ona Asuan bəndinin inşasında çalışmaq tapşırığı verilir və o, yeni adla fəaliyyətə başlayır. Elə bununla da onun təhlükələrlə, xəyanət və yalanlarla dolu çətin həyat yolu başlayır. Məhz burada o, isveçli aristokratla olan böyük sevgini yaşamalı olur. Romanın qəhrəmanları sovet təhlükəsizlik xidmətinin bütün çətinliklərinə baxmayaraq, sevgilərini qoruyub saxlayırlar.

Qeyd edək ki, 27 ildir Avropada yaşayan yazıçının “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı kitab 2014-cü ildə Bakıda, 2015-ci ildə isə İsveçdə ingilis dilində çap edilib. İngilis dilində çap edilmiş kitab Avropanın 6 ölkəsində satışa çıxarılıb. Əzimə Ağalarovanın kitabları qardaş Türkiyədə də işıq üzü görüb. /azertag.az/

# 3509 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər