Yazıçı təhsilimizdəki dəhşətli faktlardan yazdı: “Uşaqları küçələrdə görəcəyik”  

Yazıçı təhsilimizdəki dəhşətli faktlardan yazdı: “Uşaqları küçələrdə görəcəyik”  
8 iyul 2021
# 11:30

Kulis.az şair-yazıçı Sevinc Elsevərin Bakıdakı hazırlıq kursları ilə bağlı yazdığı yazını təqdim edir.

Övladının xarici universitetlərə imtahan verə bilməsi üçün son iki ili xeyli pul xərcləməlisən.

Varsa, təbii!

Ölkə daxilindəki imtahanı riskə atmamaq üçün gərək ölkədəki imtahana da hazırlaşa uşaq, xaricdəkinə də.

Ölkədə ən ucuz, həm də yaxşı kurslar 350 manata hazırlayır. Tanınmış ayrı-ayrı repetitorlarla bu qiymət ikiqata çıxa bilər.

Əgər xarici universitetlərə də imtahan verəcəksə, ən azı son bir ili SAT, IELTS, “CELT” kurslarına qatılmalıdır. Maraqlandım CELT-in ayına 400 manat dedilər. IELTS 150 manatdan başlayır.

Elə yer var orda IELTS 350 manatdır.

Sındi qol-qanadım yanıma düşdü!

Əvvəllər bir meyxana vardı:

Kasıbsansa, getməginən roddoma,
Get kənddən-kəsəkdən tapginən mama

Yerli imtahan üçün şəhər müəllimləriylə hazırlaşa bilməyən şagirdlər axın ediblər kəndlərə. Nə var oralarda repetitorların qiyməti ucuzdur.

Nəinki xaricdə...

Oralar hər adamın girdiyi kol deyil, ölkədə uşaq oxutmaq kasıb adamın işi deyil artıq.

Ümumiyyətlə, 10 ildən sonra Cəfər Cabbarlının qəhrəmanı Dilarə kimi uşaqları küçələrdə görəcəyik. Görürük çoxunu, özümüzə təsəlli veririk ki, qaraçı uşaqlarıdır.

Düzü, o söhbət də mənə çatmır. Qaraçı millətindən olan uşaq qaraçı olmağı özü seçməyib ki!

kimsə yox ki, şeirimi oxuyum ona" - Şeirlər - Sevinc ELSEVƏR |  Edebiyyatqazeti.az

# 2216 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər