Yaşar Nurinin həyat yoldaşı: "İşə ehtiyacım var"

Yaşar Nurinin həyat yoldaşı: "İşə ehtiyacım var"
9 fevral 2021
# 14:08

“Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım qatıldığı “Elgizlə izlə” verilişində söyləyib. Maddi çətinlik içərisində olduğunu bildirən Rəhimə xanım hazırda işə ehtiyacı olduğunu deyib:

"Vəziyyət elədir ki, işləməyə ehtiyacım var. İş olsun işləyim, evimə gəlir gəlsin. Yaşar Nuri ilə 40 il ailəli olmuşuq, ona bir dəfə sual verə bilməzdim o kimdir və nəyin var? O, mənə demişdi ki, heç bir işimə qarışma. Mən də kar, lal, kor oldum. Onun xoşu gəlməyən heç nəyi etmirdim. Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi, ancaq sənət düşünürdü. Onun pulda, qızılda gözü olmayıb.

Dövlət ona beşotaqlı ev vermişdi. Yaşar Nuri xəstə olanda satdıq, müalicəsinə xərclədik. Türkiyədə müalicə üçün pul lazım idi. Sonra üçotaqlı evimizi satdıq, ikiotaqlı aldıq. Yaşamaq üçün bizə də pul lazım idi.”

# 5875 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər