Xorvatiyada “Nar bağı” filmi nümayiş edilib

Xorvatiyada “Nar bağı” filmi nümayiş edilib
28 noyabr 2019
# 17:25

Zaqrebdə Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi təşkil olunub.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini xanım Nataliya Oştariyaş Xorvatiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, ekran əsərinin psixoloji dram janrında çəkilən və maraqlı bir ailə dramı üzərində qurulduğunu qeyd edib.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov filmin nümayişinə təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirib, hadisənin vacib mədəni əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan kino ustaları tərəfindən çəkilən filmlərin xorvat tamaşaçılarına təqdim olunması xalqlarımız arasında mədəni əlaqələrin möhkənlənməsinə öz töhfəsini verəcəkdir.

Filmin nümayişindən əvvəl tədbir iştirakçılarına ziyafət verilib, eyni zamanda “İrs” və “Baku” jurnalları təqdim edilib. Tədbirdə Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

# 3458 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər