Xocalı-Gədəbəy mədəniyyəti barədə kitab nəşr edildi

Xocalı-Gədəbəy mədəniyyəti barədə kitab nəşr edildi
17 fevral 2020
# 11:34

“Xocalı-Gədəbəy Mədəniyyətinin maddi İrsi: İlk Kompleks nəşri və təhlili” adlı monoqrafiya çap olunub.

APA-nın məlumatına görə, monoqrafiyanın müəllifi Nuridə Qədirova-Atəşidir.

“Xocalı-Gədəbəy Mədəniyyətinin maddi İrsi: İlk Kompleks nəşri və təhlili” adlı monoqrafiya Milli Azərbaycan Tarixi Muzeyinin Elmı şurasının qərarı ilə “Azpoliqraf” mətbəəsində 1000 tirajla çap olunub.

Əsərə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Akademik Nailə Vəlixanlı ön söz yazıb.

Monoqrafiyada “Xocalı-Gədəbəy Mədəniyyəti”nin maddi irsi ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarının kataloqlaşdırılması ilə bərabər Almaniya, Fransa, Avstriya, Rusiya, Gürcüstan və s. ölkələrin muzeylərindən çoxlu kolleksiyalar aşkar edilərək təhlil edilib.

Bütün bu tapıntılar müvafiq tiplər üzrə kataloqlaşdırılıb, onların foto albomu, qrafik təsvirləri və bir çoxunun fotoqrametriyası işlənib, onlar haqqında geniş və dəqiq məlumat verilib. Burada nəinki Azərbaycan, hətta Avropa, dünya elminə məlum olmayan bir çox yeni kolleksiyalar haqqında da ilk dəfə məlumat verilir. Müəyyən edilib ki, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin qənaətbəxş olmamasına səbəb Almaniya, Avstriya, Fransa, xüsusilə Rusiya muzeylərindəki kolleksiyaların, arxiv materiallarının və orijinal qazıntı hesabatlarının indiyə qədər müstəqil tədqiqinə icazə verilməməsi olub.

Tədqiqata cəlb edilən həmin kolleksiya nümunələri, sənədlər və hesabatlar da müəllif tərəfindən diqqətlə və tənqidi şəkildə öyrənilib, onların bir çox səciyyəvi xüsusiyyətləri oxuculara təqdim edilib.

# 3421 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər