Xalq artistinin həyat yoldaşı etiraz etdi: “O qadın ərimlə rəsmi nikahda olmayıb”

Xalq artistinin həyat yoldaşı etiraz etdi: “O qadın ərimlə rəsmi nikahda olmayıb”
9 fevral 2020
# 10:03

Bu günlərdə Xalq artisti Elxan Əhədzadənin doğum günü münasibəti ilə müxtəlif internet saytlarından əldə etdiyimiz məlumatlar əsasında hazırladığımız “Maraqlı faktlar” rubrikasında sənətkarın həyatına dair qeyd olunan bəzi məqamlara həyat yoldaşı Qəmər Əhədzadə etiraz edib.

Kulis.az-a açıqlama verən Qəmər Əhədzadə Xalq artistinin onunla olan nikahını pozaraq özündən 28 yaş kiçik bir xanımla ailə həyatı qurduğu faktının həqiqətə uyğun olmadığını bildirib:

- O faktların heç biri həqiqətə uyğun deyil. Biz Elxan Əhədzadə ilə 38 il nikahda olmuşuq. Bizim nikahımız heç vaxt pozulmayıb. Müsahibə verən xanım iddia edir ki, Elxan onun üçün elçi gedib, ailə qurublar. Belə bir şey baş verməyib.

Mübahisə doğuran digər bir faktda deyilir ki, Elxan Əhədzadə İncəsənət Universitetindən qovulub. Qəmər xanım sənətkarın həyatında belə bir məqamın olmadığını deyir:

- Biz sevib ailə qurmuşuq. Eyni məhəllədə yaşamışıq. İncəsənət Universitetində bir kursda oxumuşuq. Universitetdən qovulma məsələsi də tamamilə yanlışdır. Heç vaxt elə bir hal baş verməyib. Biz universitetdə oxuyanda ailə qurmuşduq. Bir övladımız olub. Ailə qurmağa görə adamı universitetdən qovurlar?

Elxan Əhədzadənin çox yaraşıqlı, bütün qadınların diqqətini çəkən bir kişi olduğunui deyən Qəmər xanım etiraf edir ki, gəncliyində onun həyatında bir neçə qadın olub:

- Elxanın ikinci həyat yoldaşı kimi müsahibə verən qadın, nə ilkdir, nə son. Elxan incəsənət adamı idi, onun həyatında onlarla qadın olub.

Qəmər xanı Elxan Əhədzadənin 56 yaşında ata olması faktına da aydınlıq gətirib:

- Mən etiraf edirəm Elxanın başqa qadından övladı olub. Amma rəsmi münasibətdən olmayıb. Mən onu görməmişəm. Qadın hamilə olanda Elxan uşağın doğulmasını istəməyib. Qızın anası, xalası gəlib dava salıb ki, bu qızı almalısan. Məsələ belə olub.

Fktlardan biri də sənətkarın birinci həyat yoldaşının və oğlunun onun dəfn mərasimində iştirak etməməsi haqqındadır. Qəmər xanım Elxan Əhədzadənin xəstələndiyi gündən ölən günə qədər ailə olaraq onun yanında olduğunu bildirib:

- Rəhmətə gedəndə də mən və oğlum yas mərasimində başda olmuşuq. Həmin gün bütün telekanallar bizi çəkib.

# 13977 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər