Xalq artistindən plagiat iddiasına sərt reaksiya: “Bu mahnı mənim pasportumdur!”

Xalq artistindən plagiat iddiasına sərt reaksiya: “Bu mahnı mənim pasportumdur!”
1 sentyabr 2020
# 13:24

Bu günlərdə Feysbukda Xalq artisti Ağadadaş Ağayevin repertuarında olan “Sevirəm de” (“Könlüm qəmi neylər”) mahnısının 1979-cu ildə fars dilində oxunmasına aid olan videogörüntülər yayılıb və müzakirəyə səbəb olub.

Kulis.az xəbər verir ki, məsələ ilə bağlı mahnını ifaçısı, Xalq artisti Ağadadaş Ağayevlə əlaqə saxlayıb. O, mahnı ətrafında gəzən söz-söhbətə aydınlıq gətirib:

“Vaxtilə müəllif hüquqlarında qeyd etdirməmişəm. Bu mənim günahımdır. O mahnıdan sonra yüz mahnı oxumuşam, heç biri ilə də maraqlanmayıblar. Mahnının mənə məxsus olması haqqında rəsmi sənədlər var. Bu mahnını bu yaxınlarda 20 yaşlı bir erməni qızı da ifa etdi. Jurnalist mənə sual verir ki, mahnı onlarındır, yoxsa sizin? Mən 40 il bundan əvvəl ifa etmişəm. Bu mahnı mənim pasportumdur. Pasport müzakirə olunmur Bilmək istəyirsinizsə, bu mahnının adı da yoxdur, sözü də yoxdur, adı da, sözü də Ağadadaşdır. Vəssalam!”.

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev sözügedən mahnını 1981-ci ildə ifa edib. Bəzi internet resurslarında bu mahnının sözlərinin (farsca) və musiqisinin cənubi azərbaycanlı bəstəkar Babək Radmənəşə aid olduğu yazılır. Babək Radmənəş dünya şöhrətli müğənni Sami Yusifin atasıdır. Azərbaycanla bağlı mənbələrdə isə mahnının bəstəkarı göstərilmir, sözlərin müəllifi kimi isə Ağasəfa Yəhyayevin adı qeyd olunur.

# 5894 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər