Virusun sağlığına içənlər

Virusun sağlığına içənlər
17 aprel 2020
# 12:41

Evdə oturub darıxan, gününü boş-bekar keçirən adamlar karantin qaydalarını pozmaqda davam edir. Bu günə qədər dəfələrlə azərbaycansayağı qayda pozuntuları gördük. Təcili yardım maşını ilə rayona gedən, avtomobilin baqajında qaçmaq istəyən, Kür çayının sahilində yeyib-içən 19 məclis adamı, futbol oynayan gələcəyin istedadları və bilmədiyimiz daha nələr...

Aydındı ki, yaz fəsli gəlib. İnsanların qanı qaynayır. Təbiətin səsi gəl-gəl deyir. Di gəl, bu adamlar təbiətdən yararlanmaq istəmir, ona ziyan vururlar. Kürün sahilindən yeyib-içənlər tipik azərbaycanlılardır. Virusun tüğyan elədiyi vaxtlarda nə az nə çox 19 nəfər bir yerə toplaşıb. Yəqin ki, məclisdə koronanın sağlığına da içiblər. Bizim millətdən nə desən çıxar. Yaxud təcili yardım maşını ilə qaçan şəxslər. Bu cür hadisələri “Kurtlar Vadisi”ndə görərdik. Absurd cəmiyyət olduğumuzun mininci sübutudur. Yazmaq üçün, film çəkmək üçün əməlli-başlı materiallar var.

Bizim dövlət şükürlüdür. Nigeriyada karantin rejimini pozanları güllələyiblər. Bu amansız qanun Filippində də qüvvəyə minib. Koronadan betər qanundur. İstənilən halda ölüm qərarı faşizm əlamətidir.

Dünya heç görmədiyimiz, bilmədiyimiz bozluğa doğru yuvarlanır. Bəlkə də bütün bu olanlar Tanrının yuxusudur.

Gündəlik iş arxasınca gedənlərlə işim yoxdur. Onlara heç bir halda söz deməyə haqqımız çatmır. Ancaq karantini pozan əhli-keflərə nə deyəsən? Unutmuşdum, axı biz yeyib-içən millətik. Mən də bəzən karantin qaydalarını pozmaq istəyirəm. İstəyirəm gedəm dağ kəndinə. Təbiətin qoynunda günlərlə yaşayam. Bir komada qalam. Axşamları ocaq qalayam. Çaydan balıq tutam. Günortalar kitab oxuyam. Bəlkə çox şişirtdim, amma bu cür xəyal qururam. Budda olmaq arzusu var içimdə. Burda gülüş smayliki yerinə düşür.

# 4037 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər