Varisin bizə dürtüşdürmək istədiyi mükafat - Qismətdən sərt tənqid

Varisin bizə dürtüşdürmək istədiyi mükafat - Qismətdən sərt tənqid
4 mart 2020
# 11:36

Şair, esseist Qismət Rüstəmov bir neçə azərbaycanlı yazıçını sərt tənqid edib.

Kulis.az xəbər verir ki, Qismət "azlogos.az" saytında dərc olunan "Uzun və qısa siyahılar" adlı yazısında bəzi Azərbaycanlı yazıçıların beynəlxalq nəşriyyat və mükafatlar mövzusunda oxucuları aldatmağa cəhd etdiyini qeyd edib.

"Bir xeyli yazıçımız elə bilir ki, özünü aldatmaqla hamını aldada bilər. Əyani misal, məsələn, ötən ay yerli mətbuata verdiyi müsahibədə Varis deyib ki, kitabım Londonda “şort-list”ə düşüb. Sənətkarın fəxrlə bizə dürtüşdürmək istədiyi mükafat elə bir mükafatdır ki, qısa siyahısında təxminən min adam var, yəqin uzun siyahısında hamımız varıq, sadəcə hələ ödənişini etməmişik. Ümumiyyətlə bu mükafatın rəsmi ünvanını, rəsmi saytını tapmaq üçün gərək interpola sorğu göndərəsən".

Qismət eyni zamanda Rövşən Abdullaoğlunu kitabının nəşr olunduğu Türkiyə nəşriyyatını şişirtməkdə tənqid edib.

"Bir başqa nümunə də “dindarların Varisi” Rövşən Abdullaoğludur. Fasiləsiz şəkildə bütün kitablarında qərb fəlsəfəsini, xristian dünyasını öz ağlıyla tənqid edən, gavur ellərini İslama, sufizmə, hikmətə dəvət edən müəllif son müsahibələrindən birində deyir ki, kitabım Türkiyənin ən tanınmış nəşriyyatlarından olan “Dəstək yayınları”nda çıxıb. Əgər sən “Can yayınları”nı, “İletişim”i, “Yapı kredi Yayınları”nı, “Kırmızı Kedi”ni, “Ayrıntı”nı tanımırsansa, onda heç, əgər tanıyırsansa, onda danışdığın “irfani” yalanı lavaşa bük, ayranla vur bədənə, üstündən də desert kimi, Azərinin “Çırpınırdın qara dəniz” mahnısı qoş, vəssalam".

# 3741 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər