Türkiyədən gətirilmiş 10 min kitab Milli Kitabxanaya təqdim edilib

Türkiyədən gətirilmiş 10 min kitab Milli Kitabxanaya təqdim edilib
17 iyul 2021
# 09:39

Azərbaycan Milli Kitabxanasında Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Birliyi (ILESAM) tərəfindən toplanmış türk dilindəki 10 min nüsxə kitabın Milli Kitabxanaya təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, bu, Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində baş tutub.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, “Qarabağa kitabla gedək” layihəsinin əsas məqsədi işğaldan azad olunmuş torpaqlarda kitabxanaları bərpa etməkdir: “Bu gün layihə çərçivəsində xeyli kitab yığılıb. Tezliklə biz bu kitabları işğaldan azad olunmuş ərazilərdəki kitabxanalara təqdim edəcəyik”.

Mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Qarabağda kitabxanalar da məhv edilib: “Hər zaman olduğu kimi, qardaş Türkiyə Qarabağımızın dirçəldilməsində, şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsi prosesində də Azərbaycana böyük dəstək göstərir. Qarabağda təkcə mədəni abidələrimiz deyil, həm də kitabxanalarımız məhv edilib. Həmin kitabxanaları yenidən bərpa etmək məqsədilə biz bu layihəni həyata keçiririk”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ölkəsinin daima Azərbaycanın yanında olduğunu vurğulayıb: “Türkiyə dünən də Azərbaycanın yanında olub, bu gün də yanındadır və sabah da yanında olacaq. Türkiyə kitabxanalarında belə bir şüar var: “Kitab ən gözəl hədiyyədir”. Biz Qarabağa kitabla gəlmişik”.

Sonda tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.

# 2964 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər