Türkiyədən Qarabağ üçün 10 min kitab gətirildi

Türkiyədən Qarabağ üçün 10 min kitab gətirildi
14 iyul 2021
# 13:31

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti iyulun 14-dən 18-dək Azərbaycanda səfərdə olacaqlar.

Kulis.az xəbər verir ki, bu barədə Milli Kitabxanadan bildirilib.

Məlumata görə, səfər çərçivəsində qonaqlar iyulun 15-də Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra Milli Kitabxanada Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxana ilə birgə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçiriləcək.

Elə həmin gün Milli Kitabxanada Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, Beynəlxalq Kitab Eyniləşdirmə standartları (İSBN, İSSN və s.) təcrübə mübadiləsi ilə əlaqədar işgüzar görüşlər keçiriləcək.

İyulun 16-da Milli Kitabxanada Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanmış 10 min nüsxə kitabın Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində Milli Kitabxanaya təqdimat mərasimi keçiriləcək.

# 3044 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər