Tofiq Quliyevin kitabları ABŞ-da

Tofiq Quliyevin kitabları ABŞ-da
22 iyul 2021
# 18:50

Bakı Amerika–Azərbaycan Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da ilk dəfə olaraq bəstəkar Tofiq Quliyevin fortepiano üçün işlədiyi "Qaytağı" əsərindən ibarət kitablar çap olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır. Kitabı nəşrə Cəmilə Cavadova-Spitzberq hazırlayıb. Kitablardan biri pianoda solo ifa, digəri bir pianoda 4 əllə ifa, üçüncüsü isə iki pianoda ifa üçün nəzərdə tutulub.

Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli caz və estrada musiqisinin banilərindən olan Tofiq Quliyev fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də "Qaytağı" əsəridir. Əsər melodik cəhətdən son dərəcə yeyin və dinamik olan eyniadlı "Qaytağı" Azərbaycan xalq rəqsi əsasında bəstələnib. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli olub.

# 3696 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər