Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb

Tbilisidə “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb
9 iyun 2021
# 10:37

Tbilisi Tarix Muzeyində “Türk mədəniyyətindən izlər” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgi Tbilisi Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə açılıb.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sərginin açılış mərasimində deyib ki, bu cür tədbirlərin təşkili ölkələr arasında mədəni əlaqələrin inkişafında və daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, sərgi Tbilisi sakinləri və qonaqlarına Türkiyəni bir daha xatırladacaq. Pandemiya səbəbindən Türkiyəyə səfər edə bilməyənlər üçün sərginin maraqlı olacaq.

“Ümid edirəm ki, sərgi böyük həvəslə ziyarət olunacaq”,- deyə F.C.Yazqan vurğulayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında söyləyib ki, sərgidə Türkiyənin zəngin mədəniyyəti təqdim olunur.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən səfir, 10 gün davam edəcək sərginin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

Mərasimdə Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tsereteli, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, TİKA təşkilatının Gürcüstan koordinatoru Necla Demirdağ, azərbaycanlı, türkiyəli, gürcü gənclər, iş adamları, mədəniyyət xadimləri iştirak ediblər.

İyunun 18-dək davam edəcək sərgidə Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəx nümunələri, məişət predmetləri, adətləri, memarlıq incilərini əks etdirən 60-dan çox əsər təqdim olunub.

Fotoşəkillərdə üzərlərində əks olunan nümunələr barədə türk, gürcü və ingilis dillərində məlumatlar da yer alıb.

# 2984 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər