Tanınmış dünya yazıçıları Prezident İlham Əliyevə məktub göndərib

Tanınmış dünya yazıçıları Prezident İlham Əliyevə məktub göndərib
14 oktyabr 2020
# 13:24

Dünyanın bir sıra tanınmış şair və yazıçıları Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.

Biz – yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinəyik, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vadar edir. Siz başqa ölkənin torpaqları üçün döyüşmürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.

Dünya siyasətçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.

Azərbaycan dünyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın mehribanlığı və qonaqpərvərliyi ilə məşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.

Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik".

Məktubu Hindistandan şair, ədəbi tənqidçi Biplab Majee, ABŞ-dan Alban-Amerikan Yazarlar Cəmiyyətinin ilk prezidenti Gjeke Marinaj, Özbəkistandan şair, tərcüməçi Xosiyat Rustam, İtaliyadan teatr tamaşalarının səhnələşdirməsi üzrə beynəlxalq mütəxəssis Rosailba Fantastiko Di Kastron, Rusiyadan Rusiya Yazıçılar Birliyinin həmsədri Vadim Teryoxin, Vyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü Mai Van Phan, Hindistandan şair, yazıçı, beynəlxalq müsabiqələr laureatı Sovan Bhattaçarya, Makedoniyadan “St. Kliment Ohridski” Universitetinin dosenti Daniela Andonovska-Trajkovska, Türkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru Mehmet Nuri Parmaksız, Koreya Respublikasından şair, tərcüməçi, dosent Sungrye Han, Türkiyədən şair, yazıçı Coskun Karabulut, Böyük Britaniyadan şair Rudolf Marku, İspaniyadan şair, yazıçı və jurnalist Karlos Ernesto Qarsiya, Böyük Britaniyadan Avrasiya Yaradıcılıq Gildiyasının sədri, şair Con Farndon imzalayıblar.

# 3380 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər