Tahir Salahovun doğum günü qeyd edilib

Tahir Salahovun doğum günü qeyd edilib
28 noyabr 2019
# 14:10

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun doğum günü münasibətlə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində tədbir təşkil olunub.

Tədbiri muzeyin direktoru Səadət Mirzəyeva açaraq sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açıb. Bildirib ki, 1928-ci il noyabrın 29-da anadan olan Tahir Salahov V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il Azərbaycan Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının rəhbəri olub.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb.

Ev-muzeyin yaradılmasından və qarşıda duran vəzifələrdən danışan Səadət Mirzəyeva bildirib ki, muzeydə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Yeddi il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra ölkələrdən turistlər məhz dahi sənətkarın ev-muzeyini ziyarət etmək üçün İçərişəhərə gəlir.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova dünya şöhrətli sənətkar Tahir Salahovun doğum günü münasibətilə bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Şagirdlərin bu konsertə çox böyük həvəslə hazırlaşdığını deyən A.Əhmədova tədbirdə milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının da əsərlərinin səsləndiriləcəyini söyləyib. /azertag.az/

# 3805 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər