Tahir İmanov Şuşadan danışdı: “Yanımızdakı əsgərlər məəttəl qaldılar”

Tahir İmanov Şuşadan danışdı: “Yanımızdakı əsgərlər məəttəl qaldılar”
29 dekabr 2020
# 10:12

“KVN Parni-iz Baku” teatrının rəhbəri, aktyor Tahir İmanov bü günlərdə Şuşada olub, babası, bəstəkar Süleyman Ələsgərovu evini, həyətini ziyaərtə edib. Kulis.az aktyorla əlaqə saxlayıb təəssüratlarını öyrəndi.

“Mən axırıncı dəfə Şuşada 1988-ci ildə olmuşdum. Şuşada öz uşaqlığıma qayıtdım. Doğma, əziz, atam, anam, babam, nənəm, bir sözlə hər şeyim olan Şuşama qayıtmışam. Biz həyatımızın yarısını Bakıda, yarısını isə Şuşada keçirmişik. Bu bizim evimizdə bir adət, ənənə şəklində olub. Tətillərimiz, boş vaxtlarımız olan kimi Şuşaya gedirdik. Qoy heç kim məndən inciməsin, amma biz heç vaxt başqa şəhərlərə istirahətə getməmişik. O vaxtı Pribaltikaya, Moskvanın bağlarına, Soçinin sanatoriyalarına istirahətə getmək dəbdə idi. Süleyman Ələsgərov və onun ailəsi heç vaxt elə yerlərdə qalmayıb. O, həmişə özünün boş vaxtlarını Şuşada keçirib, ailəsini də ora aparıb. Ona görə düşünürəm ki, bizim başqa variantımız da yoxdur. Hesab edirəm ki, dövlət Şuşa ilə bağlı bizə nə iş tapşırsa, biz onu canla-başla yerinə yetirə bilərik.”

T.İmanov daha sonra əlavə edib:

“Mən də, qardaşım Cabir də həmişə deyirdik ki, indi bizi Şuşaya aparsanız, oranın hər yerini gözübağlı taparıq. Ora gedəndə yanımızda olan hərbçilər məəttəl qalmışdılar ki, biz otuz ildən sonra bunları necə yadımızda saxlaya bilmişik. Biz Şuşaya gedəndə, təsadüfən belə alındı ki, avtobus düz nənəmgilin məhləsində saxladı. Mən nənəmgilin məhləsini, babamın evini, “Kor qala” məhləsini öpəndə sanki nənəmi, babamı, dayımı öpürdüm. Şuşada, İsa bulağında o qaya, daş, torpaq qalmadı ki, mən onu öpməyim. Başqa cür necə ola bilərdi ki? Axı bu mənim uşaqlığımdı. Mən hər qayaya canlı kimi yanaşırdım. Bunu sözlə ifadə etmək çox çətindir. Məni ancaq şuşalılar, əsli-kökü Şuşadan olanlar başa düşə bilərlər.”

Aktyor daha sonra arzu-istəklərini dilə gətirdi.

“İnanıram ki, dövlətim Süleyman Ələsgərovun xatirəsini əbədiləşdirmək üçün müəyyən işlər görəcək. Orada tək Süleyman Ələsgərovun yox, həm də Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin, Bülbülün, Əşrəf Abbasovun və bir çox sənətkarlarımızın evi var. Düşünürəm ki, onların evlərini bərpa etdirmək bir prinsip məsələsidir. Bu istiqamətdə dövlətimiz çox gözəl işlər görəcək. Mən buna əminəm.”

# 5886 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər