Tağıyevin heykəlinin qoyulacağı tarix açıqlandı

Tağıyevin heykəlinin qoyulacağı tarix açıqlandı
14 sentyabr 2020
# 15:42

Bakı şəhərində milli mesenat Hacı Zeynalabdin Tağıyevin heykəlinin yaxın iki ayda qoyulması planlaşdırılır.

Bu barədə heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

Xanlar Əhmədov qeyd edib ki, heykəl bu il Novruz bayramı ərəfəsində qoyulmalı idi: “Lakin koronavirus pandemiyası səbəbindən bu əlamətdar hadisə bir neçə aydır ki, yubanır. Yəqin ki, yaxın iki ayda məsələ həll olunacaq”.

Xalq rəssamı həmçinin vurğulayıb ki, heykəlin tamamlanması və ucaldılması məsələsi müvafiq qurumların diqqətindədir və mütəmadi olaraq onunla bu işlə bağlı əlaqə saxlanılır.

Xatırladaq ki, Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinə 20-dən çox layihə təqdim olunmuşdu. Onların arasından heykəltəraş Xanlar Əhmədovun layihəsi seçilib.

Onu da qeyd edək ki, metronun “İçərişəhər” stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəl üç metr hündürlüyündə olacaq. Tağıyevi ayaq üstə təsvir edən heykəl tunc, qırmızı və qara qranitdən hazırlanıb./azertag.az/

# 3754 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər