Tacikistanın nüfuzlu portalı Əbdürrəhim bəy Haqverdiyevdən yazdı

Tacikistanın nüfuzlu portalı Əbdürrəhim bəy Haqverdiyevdən yazdı
16 may 2020
# 11:20

Tacikistanın “Millat” portalında böyük Azərbaycan yazıçısı, dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev haqqında tacik dilində məqalə verilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 31-də Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb və bu sənədə əsasən ədib haqqında Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Materialda böyük yazıçının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, Əbdürrəhim bəy Haqverdiyevin adı UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil olunub.

Bildirilir ki, ədib Peterburqda institut bitirdikdən sonra Bakıya qayıdır və o zaman nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının naşiri Cəlil Məmmədquluzadə onu jurnalda işləməyə dəvət edir.

Vurğulanır ki, musiqi ilə maraqlanan Əbdürrəhim bəy Haqverdiyev 1908-ci ildə Üzeyir Hacıbəylinin Bakıda tamaşaya qoyulan birinci Azərbaycan operası- “Leyli və Məcnun”na dirijorluq edib. /azertag.az/

# 3778 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər