Tacikistan mediası "Nizami ili"ndən yazır

Tacikistan mediası "Nizami ili"ndən yazır
15 yanvar 2021
# 12:45

Tacikistanın “avesta.tj” portalı böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı rus dilində geniş məqalə çap edib.

Kulis.az xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili ölkədə “Nizami Gəncəvi İli” elan etdiyi bildirilir. Qeyd olunur ki, bu il Azərbaycanda və dünya ölkələrində Nizami Gəncəvinin həyat və fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçiriləcək, böyük ədibin kitabları çap olunacaq.

Materialda Nizami Gəncəvinin “Xəmsə”si haqqında danışılır, bu əsərlərin dünya ədəbiyyatı xəzinəsinə daxil olduğu vurğulanır.

Qeyd edilir ki, bu əsərlər Yaxın Şərq və Orta Asiya xalqları ədəbiyyatının inkişafında da müsbət rol oynayıb, bir çox şair Nizami Gəncəvinin “Xəmsə”sindən sonra “Xəmsə” yaradıb.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərində Nizami Gəncəvinin mavzoleyi var, Bakı, Sankt-Peterburq və Romada şairin abidələri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami mərkəzi fəaliyyət göstərir.

Yazıda böyük şairin Azərbaycan, İran, Əfqanıstan, Tacikistan və digər ölkələrdən olan tədqiqatçıları haqqında da söhbət açılır.

Qeyd edilir ki, Nizami Gəncəvinin əsərləri əsasında böyük bəstəkarımız Üzeyir Hacıbəyli ölməz romanslar yaradıb, Qara Qarayev “Yeddi gözəl” , Fikrət Əmirov isə “Nizami” baletini yazıb./azertag.az/

# 3169 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər