Sənədli filmimiz beynəlxalq festivalın proqramında

Sənədli filmimiz beynəlxalq festivalın proqramında
5 fevral 2021
# 16:07

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı DokuBaku Lab nəzdində keçirilən mentorluq və təlim proqramına qəbul elan edib.

Kulis.az xəbər verir ki, ümumilikdə 3 həftə davam edəcək proqramda sənədli film sahəsində uğurlu işlər görmüş beynəlxalq təlimçilərdən ibarət komanda, layihə ideyası olan, lakin onu necə formalaşdırmalı olduğunu bilməyən sənədli film həvəskarları üçün silsiləli təlimlər keçəcək.

Mentorluq proqramına bir neçə sənədli filmi ilə mükafatlar qazanmış gürcü sənədli film rejissoru Nino Orjonikidze rəhbərlik edəcək. Onun mentorluğu ilə film ideyasını formalaşdırmağı və layihə halına salmağı öyrənən iştirakçılar ard-arda bir neçə təlimçidən fərqli mövzularda dərs ala biləcək. Təlimçilər arasında Hans Robert Eisenhauer, Likka Vehkalahti və digər sənədli film professionallarının adları da var.

Mentorluq və təlim proqramına Azərbaycanın bütün bölgələrindən qatılmaq mümkün olacaq. Pandemiya ilə bağlı olaraq təlim tam onlayn keçiriləcək.

Beynəlxalq təlimçilərlə keçirilən bu proqramda iştirak seçim yolu ilə baş tutacaq və təlimlərə qatılan iştirakçının hər birinə 200 dollar təqaüd veriləcək.

Hər bir iştirakçı müraciət edərkən film ideyasını təqdim etməlidir. Sonra seçilən iştirakçılara təlimlər zamanı film ideyasının formalaşdırılması, layihə halına salınması öyrədiləcək.

Layihənin reallaşması üçün təlimlərlə bərabər iştirakçılar mentorluq proqramının sonunda layihələri ilə pitçinqdə iştirak edəcək.

Qalib gələn filmin müəllifinə ilkin çəkilişlər, treylerin hazırlanması və layihə təklifinin hazırlanması üçün dəstək olaraq 500 dollar veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.dokubaku.az/dokubaku-lab ünvanına müraciət etmək lazımdır.

# 2667 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər