Səid Rüstəmovun "Gəl" mahnısının caz-muğam versiyası təqdim olundu

Səid Rüstəmovun "Gəl" mahnısının caz-muğam versiyası təqdim olundu
18 avqust 2020
# 10:05

Görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun bayatılara bəstələdiyi “Gəl” mahnısının caz-muğam versiyası təqdim edilib.

Kulis.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə həyata keçirilən yeni Azərbaycan və İspaniya birgə musiqi layihəsində piano və vokalı 11 yaşlı gənc “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş, Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi beynəlxalq festivallarda uğurla çıxış edən Məhəmməd Allahverdiyev, gitara və cajon-da etno-caz üslubunda improvizələri ilə tanınmış ifaçı Melon Jimenez ifa edib.

Layihənin yaradıcı heyətinə muğam müəllimi, Xalq artisti, xanəndə Teyyub Aslanov, piano müəllimi, tanınmış pianoçu, bəstəkar və aranjemançı Etibar Əsədli, art direktor – A.Gülnarə, prodüser – Nurlan Həsənzadə, operator Pərviz Niyazoğlu, redaktor – Aleks Anişenko daxildir.

Azərbaycan və ispan milli musiqisinin ritmləri ilə cilvələnərək, muğam və cazın elementlərini özündə birləşdirən yeni kompozisiya qədim qala divarları və gözəl təbiətlə, müasir meqapolisin ahəngində bir daha mədəniyyətin sərhəd tanımadığını və musiqinin bütün dillərdə anlaşıqlı olduğunu ifadə edir.

# 3397 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər