Sevinc göz yaşlarını dadından tanıyıram 

Sevinc göz yaşlarını dadından tanıyıram 
2 oktyabr 2020
# 11:33

Kulis.az Arzu Zeynallının “Laçına çatanda” yazısını təqdim edir.

Bir ümid işığı daxilimdə elə şölə saçır, gözlərimi qamaşdırır... Qorxa-qorxa sevinirəm... Gözlərimdən qeyri-ixtiyari axan yaşların sevinc yaşı olduğunu dadından bilirəm - elə şirin, elə dadlı, elə sevəcəndir ki...

Bax indi bu sətirləri yazanda da ürəyim məni qucaqlayır, gözlərimdən axan damcılar yanaqlarımı öpür, dodaqlarım göz yaşlarımla öpüşür...

Laçına çatanda...

Fikrimi tamamlaya bilmirəm... Əllərim ürəyimi qucaqlayıb yerindən çıxmağa qoymur, çatacağıq deyr, bir az daha səbr et...

Laçınım, dizlərini qucaqlayıb “məni bağışla” deyəcəm, bağışlarsan, deyilmi?.. Başımı sinənə qoyub hönkürəcəm, o mamır bağlamış qollarınla bağrına basacaqsanmı məni? Səndən sonra 28 dəfə böyümüşəm, tanıyacaqsanmı məni? Ağaran saçlarımı qaraya rəngləmişəm, üz-gözümdəki, əllərimdəki qırışları sızıltılı təbəssümümlə gizlədirəm... Ki, həmin o Arzunu tanıya biləsən... Yollarında qaçıb-yıxılan, dizi, dirsəyi yıxılmaqdan cızıq-cızıq olan, qoynunda xoşbəxt olan Arzunu... Səninlə bağlı quruculuq, yaradıcılıq arzuları olan Arzunu... Böyüyüb gəlmişəm Laçınım... Qocalıb gəlmişəm, Laçınım...

Laçına çatanda...

Fikirlərim qırılır... artıq ordayam – dizlərim yerdə, dodaqlarım torpaqda... bəs niyə yeriyə bilmirəm?.. Aç qollarını, VƏTƏN, qucağına sığınmağa, səndə ölməyə gəlmişəm... Elə küsmüşəm, elə kövrəlmişəm ki, könlümü səndən qeyrisi ala bilməz... Mən sənsiz xoşbəxt ola bilmədim, xoşbəxt et məni, Laçın... Yarım qalan arzularımı səndə tamamlayım, yarım qalan ömrümlə...

Laçına çatanda...

Sevgili Laçınım, sənsiz səninlə danışmaqdan boğazımda bir qəhər düyün bağlamışdı ha, bax o düyün bircə öpüşünlə əriyəcək... Ürəyimdə açılan şırımlar var ha, bircə toxunuşunla hamarlanacaq... Mən səndə cavanlaşacam, mən səndə yenidən doğulacam, yenidən arzularla dolacam...

Laçına çatanda...

Biz bir-birimizə necə də yaraşırıq, Laçınım...

Laçına çatanda...

Laçına çatdıq – demək istəyirəm!...

versus.az

# 3163 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər