Rusiya muzeyində Azərbaycan haqqında proqram hazırlandı

Rusiya muzeyində Azərbaycan haqqında proqram hazırlandı
29 aprel 2021
# 16:39

Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib.

Milli Xalça Muzeyindən bildirilib ki, 3 saatlıq proqram ərzində muzeyin ziyarətçiləri “Tale ipini xalçaya toxuyaraq... Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları “Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək, bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.

Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar, həmçinin yaradıcılıq emalatxanasında keçirilən “Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.

Ailə proqramı zamanı qonaqlar çayla ləziz şərq şirniyyatlarının dadına baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə “Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalça toxuma üzrə ustad dərsləri keçirilib.

# 3036 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər