Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı
4 iyun 2020
# 19:22

Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar hər il keçirilən rəsm müsabiqəsinin bu il COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq mərkəzin “Facebook” səhifəsində onlayn səsvermə əsasında keçirildiyini qeyd edib.

Sonra Mərkəzin direktoru Naminə Ömərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar müsabiqənin qaliblərinə diplomlar, müsabiqə iştirakçılarına isə təşəkkürnamə təqdim edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.

Mükafatlandırma mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq edilmiş zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara tam riayət olunaraq keçirilib.

Sonda Mərkəzin əməkdaşı qonaqlara ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. /azertag.az/

# 4155 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər