Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə

Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə
30 aprel 2020
# 18:00

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib.

Beynəlxalq Rəqs Günü 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

# 4372 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər