Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi

Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
30 noyabr 2020
# 10:06

Regionlarda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri və musiqi məktəblərinin şagirdləri arasında “Notların möcüzəsi” adlı onlayn müsabiqə keçirilir.

Kulis.az xəbər verir ki, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğ edilməsinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin populyarlaşdırılmasına, o cümlədən musiqi təhsilinin təbliğ və valideynlər arasında təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir. İştirakçı olmaq istəyən namizədlər müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki “Facebook” hesabından (https://www.facebook.com/notlarinmocuzesi) əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Notların möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunur. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

# 2643 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər