Ramiz Əzizbəylidən xəbər var – Onun 72 yaşı tamam olur

Ramiz Əzizbəylidən xəbər var – Onun 72 yaşı tamam olur
20 iyul 2020
# 12:41

Bu gün Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür. Onun 72 yaşı tamam olur.

Kulis.az bu münasibətlə sənətkarla telefon əlaqəsi yaradıb, ad günü təbriklərini çatdırıb.

Səhhətinin o qədər də yaxşı olmadığını bildirən Xalq artisti onu unutmayanlara təşəkkürünü bildirib:

“Səhhətim çox da yaxşı deyil. Ayaq barmaqlarımı kəsiblər. Amma ürəyim hələ sağlamdır. Sizlər də çox sağ olun ki, belə günlərdə dəyər verib yada salırsınız. Bu, məni həm duyğulandırır, həm də qürurlandırır”.

Xatırladaq ki, R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət və Mədəniyyət Universiteti) mədəni-maarif fakültəsini bitirib.

1987-ci ildə“Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə Beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda isə rejissor debütünə görə mükafata layiq görülüb.

1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.

Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2008-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb.

Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Artıq iki ildən artıqdır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan Xalq artisti uzun müddətdir səhnə fəaliyyətindən kənarda qalıb.

# 3661 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər