Qəşəm Nəcəfzadə ilə onlayn görüş keçirildi

Qəşəm Nəcəfzadə ilə onlayn görüş keçirildi
18 may 2020
# 10:02

Karantin qaydalarına uyğun olaraq tanınmış şair Qəşəm Nəcəfzadənin Hacıqabul rayonu V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin şagirdləri ilə onlayn görüşü keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, zoom proqramı ilə görüşə qatılan şagirdlər şairin şeirlərini söyləyib, süjetli şeirlərə maraqlı səhnəciklər nümayiş etdiriblər. Məktəbin müəllimi şair Sara Selcan görüşün əhəmiyyətindən danışıb.

Onlayın davam edən görüşdə şagirdlər Q.Nəcəfzadəyə suallar ünvanlayıb, poeziyaya həvəs göstərənlər isə şeirlərini səsləndiriblər. 9-cu sinif şagirdi Nərmin İsmayılova onlayın görüş zamanı karandaşla şairin şəklini çəkib internetlə səbəbkara göndərib.

Görüşün sonunda Qəşəm Nəcəfzadə məktəbin müəllim və şagirdlərinə minnətdarlıq edərək yeni şeirlərini oxuyub və verilən sualları cavablandırıb. Karantin günlərində mütaliə etmələrini, evdən çölə çıxmamaqla, gigenik qaydalara əməl etməklə sağlamlıqlarını qorumağı tövsiyyə edib.

Gallery

Gallery

Gallery

Gallery

Gallery

# 5179 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər