Qonşular kitab-kafeni bağladılar – Bakıda görünməmiş hadisə

Qonşular kitab-kafeni bağladılar – Bakıda görünməmiş hadisə
12 oktyabr 2021
# 12:22

Kitabsevərlərin ən çox sevdiyi məkanlardan biri olan “Kibrit book cafe” fəaliyyətini dayandırıb.

Bu barədə Kulis.az-a kafenin sahibi Bəhruz Rüstəmxanlı məlumat verib. Onun dediyinə görə, hər şey iyunun 2-də “Kibrit”də baş vermiş yanğından sonra olub: “Həmin yanğın “Kibrit”dən başqa ətrafdakı digər dörd məkana da zərər vurdu. Yanğından bir neçə ay sonra ekspert rəyi çıxdı, rəydə göstərilmişdi ki, yanğın mətbəxdəki soyuducudan baş verib, amma heç bir normativ akt pozuntusu yoxdur. Yəni yanğına səbəb bizim məsuliyyətsizliyimiz deyildi. Ümumiyyətlə, həmin bina o yanğından əvvəl də qəzalı vəziyyətdə idi. Bununla bağlı bütün müvafiq dövlət qurumlarından yardım istədim ki, gəlib binanın vəziyyətinə baxsınlar. Təbii və təəssüf ki, heç bir orqandan cavab gəlmədi, heç kim gəlib baxış keçirmədi”.

B.Rüstəmxanlı daha sonra bunları söyləyib:

“Özüm bir usta tapıb binaya altdan dirəklər vurdurdum ki, üst mərtəbələr aşağı çökməsin. Binanın üst mərtəbələrində insanlar yaşayır. Sonra kafemizi təmir elədim. Üst qonşumuzun mənzilinə zərər dəymişdi, onları öz hesabıma düzəltdim. Qonşu obyektlərin təhlükəsizliyini təmin elədim. Yəni əlimdən gələn hər bir şeyi elədim ki, qonşular arasında narazılıq yaranmasın. Halbuki qərar elə idi ki, hər kəs öz obyektinə, mənzilinə dəymiş zərəri özü ödəməliydi. Kafe açıldı, ancaq qonşular imkan vermədi işləməyə. Hər dəfə daha çox nəsə etməyimi istəyirdilər. Tələbləri bitmirdi. Az qalsın bütün evlərini mənə təmir etdirmək istəyirdilər. Kafemizin mətbəxinə qəsdən su tökürdülər yuxarıdan, yararsız hala salırdılar. Deyirdilər ki, imkan verməyəcəyik işləməyinizə. Bu məni çox yordu, bezdirdi. Belə vəziyyətdə də “Kibrit” kafesini bağlamalı olduq. Bəlkə başqa daha uyğun bir məkanda yer tapsaq, yenidən kafemizin fəaliyyətini bərpa edəcəyik, amma hələ tapa bilməmişik”.

# 4462 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər