Qızının cəsədinə sarılan atanın fəryadı

Qızının cəsədinə sarılan atanın fəryadı
29 oktyabr 2020
# 14:15

Torpaqlarımızı bərpa etdikcə, Ermənistan öz hirs-hikkəsini mülki əhalidən çıxmağa davam edir. Gəncədən sonra Bərdə də faciə baş verdi. Yenə uşaqlar həlak oldu.

Müharibədə əsgər əsgərə qarşı vuruşur, mərdcə şəhid olur, yaxud zəfərə doğru gedir. Azərbaycan ordusu cəbhədə ermənilərin sivil insanlarını bombardman eləmir, əsgərə, orduya güllə atır. Onlarsa, sadə insanları hədəf seçir. Kinolarda, əsərlərdə oxuduğumuz faciələri bu günlərdə öz məmləkətimizdə yaşayırıq.

Sosial şəbəkələrdə böyük bir dükandan raketin qulaq batıran səsini və adamların necə gizləndiyini görürük. Bu insanların günahı nədir? Ay Allah, deyib həyəcanla gözləyirlər. Yaxud da qızının cəsədinə sarılan atanın fəryadı. Bu hansı insanlığa, humanizmə sığır?

Ermənilər dünyanın gözü qarşısında bir daha uşaq qatili olduqlarını göstərdilər. Erməni hakimiyyəti bir daha sübut etdi ki, xalqlarını, toplumlarını uçuruma sürükləyirlər.

Dünya zatən bizə laqeyd qalmaqda davam edir. Guya beynəlxalq sülh təşkilatları var. Kimə, nəyə görə? Dünyada əzəldən ədalətsizliklər, haqsızlıqlar olur. Bərdədə baş verənləri də görməzdən gələcəklər. Necə ki, Xocalıda olanları unutmadıq.

Prezidentin də dediyi kimi, biz bu yolda heç kimin dəstəyini, köməyini gözləmirik. Haqq savaşımız uğrunda döyüşürük.

Bu cür situasiyalarda qurban verən vətəndaşlarımızın doğmalarının yerində olmaq çox çətindir. Heç cürə empatiya qurmaq olmur, imkansızdır. Onların əzabları qarşısında baş əyir, acısını bütün ölkə insanları öz içlərində hiss eləməlidirlər.

Yaşadığım evdə hər gün buludların arasından təyyarə keçir. Gurultulu səsi hər dəfə diksindirir məni. Elə bilirəm ermənilər raket atdı. Bu narahatlığı hər gün yaşayıram. Artıq bu qorxu yuxularıma da gəlir.

Bir dəfə yuxuda evimizə raket atılmasını gördüm. Qızımı, yoldaşımı götürüb evdən qaçmaq istədim. Evimiz dağıldı, daşların arasında qaldıq. Xoşbəxtlikdən qızıma heç nə olmamışdı. Yuxunun içində yaşadığım gərginlik, stress məni real həyata qaytardı. İndi Bərdə də, Gəncə də baş verənləri heç cürə təsəvvür edə bilmirəm.

İnsan bu qədər fəlakətlərə necə hazır ola bilər?

Necə ayıq-sayıq ola bilər?

Tezliklə Qarabağ azad olsun!

Daha uşaqlar ölməsin!

# 6843 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər