Qarabağ müharibəsi haqqında yeni film - Fotolar

Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
16 iyul 2020
# 13:08

AzTV-nin Sabah Yaradıcılıq Studiyasında Qarabağ müharibəsi ilə bağlı yeni film çəkilib.

Kulis.az xəbər verir ki, “Yağlı boya ilə ailə portreti” adlı film dram janrındadır. Bir saat 19 dəqiqəlik filmdə tələbə-rəssam olan yeganə övladı Qarabağ müharibəsində şəhid olmuş Çingiz adlı kişinin həyatı əks olunub. Onun həyat yoldaşı da övladının itkisinə dözməyərək vəfat edib. Filmin əsas mövzusu Qarabağ müharibəsinin fəsadları, ürək xəstəsi olan Çingiz kişinin təsadüfən üstü açılmış sirdən sonra övladı xəstə olan qonşusuna maddi yardım etməsi, fədakarlığıdır.

Gallery

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Fahir Səmədoğlu, bəstəkarı Vüsal Ömərov, rəssamı Elyaz Səfərov, prodüser isə Şərif Qurbanəliyevdir.

Baş rolda Eldəniz Rəsulovun çəkildiyi film iyulun 19-da saat 21:30-da AzTV-də nümayiş olunacaq.

Gallery

# 5189 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər