Pekində beynəlxalq film festivalı başlayıb

Pekində beynəlxalq film festivalı başlayıb
21 sentyabr 2021
# 18:55

Çinin paytaxtı Pekində 11-ci beynəlxalq film festivalı başlayıb.

Kulis.az xəbər verir ki, Çin Dövlət Kino Administrasiyasının təşkil etdiyi builki festivalda pandemiya ilə əlaqədar beynəlxalq səyahətlərdə tətbiq olunan qadağalara və karantin qaydalarına görə çox sayda xarici qonaq iştirak edə bilmir. Buna baxmayaq, festivalın əsas hadisəsi olan “Tiantan” mükafatı uğrunda mübarizəyə 77 ölkədən 889 film təqdim olunub. Münsiflər heyəti müsabiqənin yekun mərhələsi üçün Çin, Rusiya, Danimarka kinomatoqrafçılarının istehsalı olan ekran işləri də daxil olmaqla 15 film seçiblər. Müxtəlif nominasiyalar üzrə qaliblər festivalın davam edəcəyi günlərdə açıqlanacaq.

Əvvəlki festivallardan fərqli olaraq, bu il Pekin ilə yanaşı, qonşu Hebey vilayəti və Tiencin şəhərini ümumilikdə, 31 kinoteatrında 300-dən çox yerli və xarici film nümayiş olunacaq. Sentyabrın 29-dək davam edəcək festival günlərində çox sayda tədbirlər, o cümlədən film sərgisi, karnaval, konfrans və s. keçiriləcək.

# 3483 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər