Pamuku təzə romanına görə niyə linç edirlər?  

Pamuku təzə romanına görə niyə linç edirlər?  
14 aprel 2021
# 16:20

Necə gündür, türkiyəli xurafatçı-konformist-qaragüruh sektor Orxan Pamuku linç edir.

Nə imiş, əfəndim?

Bəs Orxan təzə romanında Atatürkü aşağılayıbmış.

Tənqid-təhqir edənlərin çoxu romanı oxumayanlardır, yarısı da oxuduğunu öz dini-siyasi ideologiyalarına görə yozanlardır.

Romanı dünən oxuyub bitirdim. Pamuk sevimli yazıçım deyil, fəqət bu, o demək deyil ki, mən bu linçə susmalı, qərəzli münasibət bildirməliyəm.

Roman haqda gələn dəfə ətraflı yazacam, indiki mövzumuz romandakı Əbdülhəmid paşa, Kolağası Kamil və Mingeriya əhlidir.

Yox, yox, romanın mövzusunu danışmaq fikrim yoxdur, əziyyət çəkib oxuyarsınız.

Orhan Pamukun yeni romanı satışa çıxdı

Türkiyəli mollalar deyirlər ki, Kolağası Kamil obrazı Atatürkün prototipidir. Bəs nəyə əsasən belə düşünürlər? – Kolağası Kamil toyundan qabaq valinin məsləhətiylə məşhur bərbərin yanına gedir və bığını Kayzerin bığı kimi düzəltdirir, yəni, bu obraz Atatürkə oxşayır. Dalınca da təsadüfən Mingeriya cümhuriyyətinin rəisi olur. Azad Mingeriya adası uğrunda gedən on dəqiqəlik atışmadan sağ çıxan Kamilin - Orxan demiş, cümhurreisinin anası Atatürkün anası kimi ikinci dəfə evlənib – təsadüfə bax!

Hələ bu harasıdır? O, uşaqlıqda Atatürk kimi qarğaları qovalayırmış...

Yüngül arqumentləri qəbul etsək, tutalım, desək ki, hə, bu Atatürkün obrazıdır, yenə də heç nə dəyişmir. Axı Kamil romanda Mingeriya qəhramanı kimi, xalqın sevimlisi kimi göstərilib...

Bəs nədir bu qaragüruhun dərdi?

Bilirsiniz ki, indiki Türkiyə hakimiyyəti Əbdülhəmid paşanın reklamına, ideyalarının təbliğatına xeyli pul ayırıb, serial çəkdirib, yazılar yazdırıb, - bir növ, Əbdülhəmid paşaya qəşəng maya qoyub.

Orxan Pamuk təzə romanında Əbdülhəmid paşanın həm siyasi fəaliyyətini, köhnəçiliyini, həm də dinlə (romanda təkkələr vasitəsi ilə) istismarı haqda tarixi faktlarla uzun-uzun yazıb, belə deyək, onun əslini faş edib.

Mingeriya adasının azadlığı, adanın Osmanlıdan ayrı – sərbəst cümhuriyyət kimi elan edilməsi və siyasi-dini, sosial-ictimai müstəvidəki modern islahatlar – bu isə suyun ortasındakı Kolağası Kamil bəyin hünəridir və hər şey su kimi aydındır.

Əsərdə vəba epidemiyası ilə mübarizə fonunda təsvir olunan hacılar vəbadan qurtuluşu dualarda, şeyxlərin nəfəsində görürlər, mingerlilər də şeyxlərə inanıb həkimə getmir, beləcə epidemiya sürətlə yayılır və kütləvi ölümlər başlayır.

Koronavirus təzə yayılanda türkiyəli məşhur şeyxlərin virusa qarşı balla, bəhməzlə, duayla savaşdıqlarını xatırlayıram.

Eyniliyə bax, oxşarlığa bax!

Bəs nə?!

Mollalar romanda özlərini görüblər, inciyiblər, əsəbiləşiblər, adını da qoyublar ki, Pamuk Atatürkü aşağılayıb.

# 4175 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər