Özbək şairəsinin Qarabağ müharibəsindən bəhs edən kitabının təqdimatı olacaq

Özbək şairəsinin Qarabağ müharibəsindən bəhs edən kitabının təqdimatı olacaq
7 noyabr 2020
# 16:33

Daşkənddə tanınmış özbək şairi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair Azərbaycanda çap olunmuş “Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin birgə təşəbbüsü ilə reallaşacaq.

Əsəri özbəkcədən Azərbaycan dilinə Rəhmət Babacan, Azərbaycan şairləri Əkbər Qoşalı və Elşən Əzim uyğunlaşdırıblar.

“Adı Lalə idi o qızın” adlı kitab Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin layihəsi ilə çap olunub və nəşrin məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin deputatı Məşhur Məmmədovdur.

Şeirləri dünyanın bir çox dillərinə çevrilmiş Xasiyyət Rüstəmin Azərbaycanda işıq üzü görən ikinci kitabının “Ön söz” və “Təqdim” yazılarının müəllifləri Qənirə Paşayeva və AMM-in direktoru Samir Abbasovdur. Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.

Özbəkistanın və Azərbaycanın tanınmış simalarının, ziyalılarının, qələm adamlarının iştirak edəcəyi təqdimat mərasimindən sonra kitab hər iki ölkənin mədəniyyət ocaqlarına, kitabxanalara, dövlət qurumlarına və oxucularına hədiyyə ediləcək. /azertag.az/

# 2915 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər