Onu yadplanetlilərə görə öldürdülər - Merilin Monro haqqında yeni fakt

Onu yadplanetlilərə görə öldürdülər - Merilin Monro haqqında yeni fakt
13 sentyabr 2021
# 12:21

Amerikalı aktrisa Merilin Monronun ölümü ilə bağlı yeni bir iddia irəli sürülüb.

Kulis.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, onun öldürülməsinə səbəb kimi ABŞ prezidenti Con Kennedinin yadplanetlilərlə bağlı sənədlərinin aktrisanın əlinə keçməsi göstərilir. Bu barədə britaniyalı yazıçı Nik Redfernin “Sirlər gündəliyi: Yadplanetlilər haqda şayiələr və Merilin Monronun ölümü” adlı kitabında yazılıb.

Müəllif kitabında yazır ki, Merilin Monronu qəzaya uğramış uçan boşqab və ABŞ-ın hərbi bazalarında qorunan qəribə cəsədlər haqqında məlumatları öyrəndiyi üçün öldürülüb. Baxmayaraq ki, aktrisanın rəsmi ölüm səbəbi kimi yüksək dozada narkotik istifadəsi göstərilir, yazıçı bunun FTB-nin (Federal Təhlükəsizlik Bürosu) həqiqəti ört-basdır etmək üçün yaydığı məlumat olduğunu deyir.

Xatırladaq ki, Merilin Monro 1962-ci ilin 5 avqust tarixində, 36 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi narkotikdən yüksək dozada istifadə göstərilsə də, bunun hələ də bədbəxt bir hadisə, cinayət, ya da intihar olduğu bilinmir. Məlum olan isə odur ki, 1955-ci ildən FTB məşhur aktrisanın kommunistlərin cəbhəsinə keçəcəyindən ehtiyatlanaraq onu təqib etməyə başlamışdı.

# 3712 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər