Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?

Ölməyə vətən yaxşı... - Onlar niyə qürbətdə öldülər?
28 sentyabr 2021
# 11:32

Son günlər dünyasını dəyişən məşhurlarımızın hər ikisi – bəstəkar, Əməkdar incəsənət xadimi Adil Bəbirov və aktyor, Xalq artisti Teymur Mirzəyev gözlərini vətəndən kənarda yumdu.

Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı...

Ancaq bəzən adamlar çarəsizlikdən qürbətdə ölürlər.

1990-cı illərin hərc-mərcliyi və onun ardınca mədəniyyət sahəmizin öz ayaqları üstündə dura bilməməsi bir çox mədəniyyət xadimlərini ölkədən perik saldı.

İş, karyera və s. səbəblərlə ölkəni tərk edən istedadlı şəxslərin bir çoxu öz sahələrində uğur qazana bilməyib unudulur.

Karyera quranların da bizə xeyri dəymir.

İxtisas sahibinin xaricə getməsi ölkəyə ciddi ziyandır, ancaq mədəniyyət üzrə ixtisaslaşmış birinin başqa ölkəyə köçməsi artıq ideoloji məsələdir.

Ölkənin mənəvi taleyinin asılı olduğu adamların bizimlə qalması özümüzə lazımdır, onlara yox.

Adil Bəbirov və Teymur Mirzəyevin birinin Kanadada, digərinin İsraildə dünyasını dəyişməsi ağrıdıcı haldır.

Onlar da istəyərdilər ki, doğulduqları, mahnı oxuduqları, sevdikləri bir şəhərdə vidalaşsınlar dünya ilə.

Ümid edək ki, mədəniyyət sektorumuz tezliklə qüsurlardan arınacaq, kino, musiqi, ədəbiyyat öz müstəqil əsasını təmin edəcək, yararlı mədəniyyət adamlarımız vətənimizə bənd olacaq çoxlu səbəblər tapacaqlar.

# 4069 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər