Nəşriyyat dəniz kənarında sərgi açdı

Nəşriyyat dəniz kənarında sərgi açdı
10 iyun 2021
# 18:58

Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin portreti" paneli yer alıb. Bu instalyasiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.

“NARGIS” nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirdə çıxış edərək sərginin məqsədindən danışıb.

Təhsil naziri Emin Əmrullayev ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirib və “NARGIS” nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan belə bir sənət əsərləri yaratdıqları üçün təşəkkür edib. O, həmçinin uşaqların belə bir sərgidə iştirakının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd edib.

Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış edib.

Layihə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), “Azərsu” ASC, “AzərEnerji” ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Bakı Fond Birjası” QSC, “Azercell Telekom” MMC, “Azersun” Holdinq, “Carlsberg Azerbaijan”, “Baku Steel Company”, “SMTS” MMC, “Bakı Metropoliteni” QSC və “Tekfen İnşaat”ın dəstəyi ilə təşkil edilib.

Sərginin açılışında “NARGIS” nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akkreditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər iştirak edib. Tədbirdən sonra “Make the Earth Smile Again” sərgisinin açılışındakı kimi “NARGIS” jurnalının komandası bulvarda ağac əkib.

“Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı Milli Parkda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.

Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaşarası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5–10 və 10–15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyaların təşkili nəzərdə tutulub.

# 2991 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər