Norveçdə Nizami məktəbi fəaliyyətə başlayıb

Norveçdə Nizami məktəbi fəaliyyətə başlayıb
22 sentyabr 2020
# 09:53

Norveçin paytaxtı Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb.


Osloda yaşayan həmyerlilərimiz üçün ilkin olaraq Azərbaycan dili dərsləri ilə fəaliyyətə başlayan məktəb, Norveçdəki Azərbaycan icması tərəfindən böyük dəstək və sevinclə qarşılanıb.


Məktəbin açılış mərasimində layihənin rəhbəri Ramil Əliyev Norveç Azərbaycanlıları Gənclər Təşkilatı “NAYO”, Oslo Azərbaycan Evi və Norveç Koordinasiya Şurasının adından tələbə və valideynləri təbrik edərək, bu layihənin həyata keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib. Ana dilimizin və mədəniyyətimizin digər ölkələrdə yaşamasına rəğmən, öyrənilməsinin hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb etdiyini deyən Ramil Əliyev, yeni məktəbdə təhsil alacaq tələbələrə uğurlar arzulayıb.


Sonra çıxış edən Nizami Gəncəvi adına həftəsonu məktəbinin Azərbaycan dili müəlliməsi Arzu Rzayeva tələbələrə və onların valideynlərinə dil kursunun proqramı və istifadə olunacaq təhsil metodikası haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan Nizami Gəncəvi adına həftəsonu məktəbi gələcəkdə bir çox digər maraqlı layihələri həyata keçirməyi planlaşdırır. /azertag.az/

# 3088 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər