Nizami ili ilə bağlı yeni müsabiqə elan edildi

Nizami ili ilə bağlı yeni müsabiqə elan edildi
17 mart 2021
# 15:16

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu “GəncApp” mobil tətbiqi üzərindən “Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.

Nazirlikdən bildirilib ki, il ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.

Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla bilərlər.

İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edir. Bu müddətdə hər gün “GəncApp” mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün "GəncApp" mobil tətbiqini həm “Android”, həm də “iOS” əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.

Müsabiqə barədə ətraflı məlumat http://mct.gov.az/az/elanlar/137 linkində yerləşdirilib.

# 3703 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər