Nizami Gəncəvi haqqında metodiki vəsait nəşr edildi

Nizami Gəncəvi haqqında metodiki vəsait nəşr edildi
12 avqust 2021
# 18:46

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” metodik vəsaiti çapdan çıxıb.

Yeni nəşrin elmi redaktoru MEK-in baş direktoru professor Məmməd Əliyev, ixtisas redaktoru kitabxananın Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova, rəyçiləri dosentlər Zəhra Allahverdiyeva və Nigar İsmayılovadır.

“Elm” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilən metodik vəsaitdə AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar yubiley tədbirlərinin keçirilməsi üsulları və formaları haqqında məlumat verilir. Həmçinin Nizami Gəncəvi “Xəmsə”sinin dünya kitabxanalarında saxlanılan əlyazmalarına dair materiallar toplanıb. Kitabın əhəmiyyətli tərəflərindən biri də Azərbaycanda nizamişünaslığın inkişafında mühüm rol oynayan alimlərin əsərləri haqqında biblioqrafik məlumatların verilməsidir. Təqdim olunan metodik vəsait Nizami Gəncəvi irsinin təbliği və tədqiqi ilə məşğul olan kitabxanaçılar və oxucular üçün nəzərdə tutulub.

Müəllifin “Nizami Gəncəvi İli”nə layiqli töhfəsi olan, oxucuların marağına uyğun şəkildə tərtib edilən sözügedən metodik vəsaiti arzu edənlər MEK-dən əldə edə bilərlər. Metodik vəsait, həmçinin MEK tərəfindən e-kataloqa daxil edilib.

# 3731 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər